Gürcüstanda çörək bahalaşıb; səbəb?

Gürcüstanda keçən ilin dekabrından bəri çörək bahalaşmasını cilovlayan buğda ununun subsidiyalaşdırma proqramı başa çatıb. GAXA-nın gürcü mətbuatına istinadən bahalaşmaya səbəb unun subsidiyalaşdırılması üçün dövlət proqramının başa çatdırılması, kommunal xidmət tariflərində artım, həmçinin maya, günəbaxan yağı və duzun qiymətində olan artımdır. Bu, ökədə çörəyin qiymətinin 10 tetri artmasının əsas səbəblərindəndir. Bu barədə Gürcüstan Çörəkçilər Birliyinin sədri Malxaz Dolidze Sputnik Georgia saytına bildirib.

Keçən ilin dekabrından bəri çörək bahalaşmasını cilovlayan Gürcüstanda buğda unu subsidiyası proqramı başa çatdı.

Məlumata görə, bu gün bir kisə unun qiyməti 62 laridir. Bu fərq çörək istehsalının mayasının üzərinə gəlir və 10 tetrilik fərq bununla izah olunur. Buna baxmayaraq, mağazalarda çörək satışı yüksək qiymətə satılır.

Malxaz Dolidzenin sözlərinə görə, çörəyin növbəti bahalaşması ən azı oktyabr ayına qədər gözlənilmir.

GAXA.ge