Azərbaycanın mədəniyyət naziri Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edib, muzeyin hazırkı vəziyyəti ilə tanış olub

Gürcüsstanda rəsmi səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov səfər çərçivəsində Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edib, muzeyin hazırkı vəziyyəti ilə tanış olub. GAXA-nın mməlumatına görə, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov nazirə məlumat verərək deyib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10  ailə yaşayır.

 Muzey binasının möhkəmləndirilməsi, bərpası, təmiri və bədii tərtibatına ilə bağlı müzakirələr aparılıb. Anar Kərimov muzeyin bərpası, eksponatların yenilənməsi məsələsinin diqqət mərkəzində saxlanılacağını bildirib.

Sonra nazir Anar Kərimov görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyində olub.  Nazirə muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Anar Kərimov Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini də ziyarət edib.

Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdəki Botanika bağında Görkəmli Azərbaycanlıların Panteonunu da ziyarət ediblər, məzarlar üzərinə gül dəstələri qoyublar.

GAXA. ge