17-ci əsr memarlıq nümunəsi olan “Qırmızı Körpü” bərpa ediləcək

17-ci əsr memarlıq nümunəsi olan “Qırmızı Körpü” abidəsinin bərpası haqqında Gürcüstan və Azərbaycan mədəniyyət nazirlərinin görüşündə razılıq əldə edilib. GAXA-nın məlumatına görə, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani azərbaycanlı həmkarı Anar Kərimovla görüşərək gələcək əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib.

Tsulukiani Azərbaycanın mədəniyyət nazirini qəbul edib və iki ölkə arasında mədəni əlaqələrin və əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib. İclasda, xüsusən mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edilib. Tərəflər, yaradıcılıq sənayesində, kino sahəsində əməkdaşlıq etmək, habelə iki ölkənin mədəni irsinin düzgün qorunmasını təmin etmək üçün təcrübə mübadiləsi barədə razılığa gəliblər.

Nazirlərin görüşündə "Qırmızı Körpü" ilə bağlı vacib bir razılıq əldə edilib. Gürcü nazirin sözlərinə görə, hər iki ölkənin mədəni irs abidəsinin qorunub saxlanmasına və onun qorunması və bərpasına uyğun olaraq birgə qayğı göstərmələri vacibdir.

"Birlikdə bərpa etdiyimiz "Qırmızı Körpü" iki ölkənin qürur simvoluna çevriləcək, iki dost ölkənin körpünü necə birlikdə bərpa edə biləcəyinin simvolu olacaq. Buna Azərbaycan dilində “Sınıq Körpü” deyilir. Bu körpünü dostluqla və peşəkarlıqa bərpa edəcəyik,”-deyə Tea Tsulukiani bildirib.

“Qırmızı Körpü” Gürcüstan və Azərbaycan arasındakı sərhəd zolağındakı Xram çayı üzərindəki bir körpüdür. Körpü Tiflis ilə Gəncə arasındakı yolda yerləşir. 17-ci əsrin orta əsr memarlığının qiymətli bir abidəsidir. Körpü TRACECA proqramı çərçivəsində yeni, daha geniş bir körpünün tikildiyi 1998-ci ilə qədər istifadə edilib. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmri ilə körpü dövlət tərəfindən qorunan obyektlər siyahısına daxil edilib və "dünya əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi" elan edilib.

Tərəflər, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatında (UNESCO), Gürcüstan və Azərbaycanın bir-birlərinə dəstək verməyə davam edəcəklərini və mədəniyyət, təhsil və elm sahələrində ortaq maraqlarını fəal şəkildə müdafiə edəcəklərini qəbul ediblər.

Anar Kərimov da öz növbəsində gürcü həmkarına dəvət üçün təşəkkür edib və müxtəlif mədəniyyət layihələri çərçivəsində Gürcüstan Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze, nazir müavini Soso Giorqadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər. Anar Kərimovun rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri və hökumətin digər nümayəndələri ilə görüşləri planlaşdırılıb.

GAXA.ge