Ukraynada azərbaycanlı prokuror müdal ilə təltif edilib

Ukrayna prezidenti Vladimir Zelenski azərbaycanlını medalla təltif edib. GAXA-nın məlumatına görə, bu bardə Ukrayna mətbuatı xəbər verib. Məlumata görə, Zelenski bir sıra şəxsləri orden və medallarla mükafatlandırıb.

Onların arasında Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri vəzifəsində işləyən azərbaycanlı Samir Şirxan oğlu Allahverdiyev də var. O, “Xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

Qeyd edək ki, Samir Allahverdiyev bir müddətdir Ukrayna hüquq-mühafizə orqanlarında işləyir.

GAXA.ge