Marneuli rayonunda suvarma su çatışmır, əhali həyəcan təbili döyür...

Gürcüstanın Marneuli rayonu ümumilikdə 30.000 əhali yaşayan Qaçağan, Qasımlı, Ulaşlı, Ağaməmmədli, Təkəli, Xançıqazlı və Kirəç Muğanlı kəndlərinin sakinləri Gürcüstan Baş naziri, cənab İrakli Qaribaşviliyə, Gürcüstan xalq müdafiəçisi Nino Lomcariyaya, Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri, cənab Faiq Quliyevə, Türkiyə Respublikasının Gürcüstandakı Səfiri, xanım Fatma Ceren Yazqana müraciət edərək tezliklə su probleminin həll edilməsində dəstək olmalarını xahiş edirlər.

Marneuli rayonundakı yerli su mafiyası mövcuddur, bu su mafiyası suvarma kanallarında gələn suları kəsiblər və 30.000 əhali susuz qalıb. Xalqın bağı, təsərüfatı, tərəvəzi, ağaçı yanır. İnsanların əkib-becərdiyi kənd təsərrüfatı məhsulları məhv olmaqdadır.

Sakinlər müraciətdə Baş nazir İrakli Qaribaşvilinin, Xalq müdafiəçisi Nino Lomcariyanın, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin müşaviri Ayaz Məmmədovun təcili surətdə Qaçağan kəndinə gəlməsini tələb edirlər. Sakinlər həmçinin, Azərbaycanın Səfiri, cənab Faiq Quliyevi və Türkiyənin Səfiri xanım Fatma Ceren Yazqanı çay süfrəsinə dəvət edirlər, gəlib insanların dərd-sərini birgə dinləsilər.

Müraciətdə adı çəkilən kəndlərə Ermənistandan suvarma su verilmədiyi qeyd olunub. Bunun üçün kəndlərə ayrılan suvarma su şülüzlərin bağlandığı bildirilir. Sakinlər onların tələblərini yerinə yetirmək üçün əlaqədar təşkilatların kənd sakinlərin haqlı tələbini təcili surətdə həll etmələrini istəyirlər. Əhalinin fikirlərinə görə, son aylar onların becərdikləri məhsullar tamamilə yanıb və susuzluqdan sahələr bərbad vəziyyətə düşüb. Haqlı tələbə nə deyəsən. Həyacan təbili döyməyin vaxtı çatıb!

Qeyd edək ki, suvarma suyun çatışmazlığı digər kəndlərdə də mövcuddur. Bu gün Şulaveri kənd icra nümayəndəliyinə daxil olan Araplı, Yenikənd, Axlımahmudlu və Seydiqocalı kənd sakinləri də Marneuli meriyası önündə suvarma suyun çatışmazlığı məsələsi haqqında etiraz aksiyası keçiriblər.

GAXA.ge