Gürcüstan və Türkiyə Ədliyyə Nazirlikləri arasında əlaqələr yeni mərhələyə qədəm qoyur

 Gürcüstan və Türkiyə Ədliyyə Nazirlikləri arasında əlaqələr yeni mərhələyə qədəm qoyur. GAXA-nın məlumatına görə, bu barədə dünən ədliyyə naziri və Türkiyənin səfiri açıqlayıb.

Nazirlikdəki görüşdə Rati Bregadze, Türkiyənin Gürcüstanın NATO-ya inteqrasiyasına verdiyi dəstəyə və iki ölkə arasında ədalət sahəsində onsuz da uğurlu əməkdaşlığına görə Fatma Ceren Yazgana təşəkkür edib. 

Ədliyyə naziri Gürcüstan ilə Türkiyə arasında ədliyyə sahəsində də daxil olmaqla daha geniş əməkdaşlıq potensialının olduğunu qeyd edib. Onun sözlərinə görə, görüşdə iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq üçün yeni gündəliyin hazırlanması barədə razılığa gəlinib.

 Görüşün sonunda Türkiyə səfiri epidemioloji vəziyyətin yumşalmasından və ikitərəfli səfərlərin bərpa olunmasından sonra ölkələr arasında münasibətlərin həm ekspert, həm də siyasi səviyyədə yaxınlaşacağını söyləyib.

GAXA.ge