Fatmanisə tarix yazır ... (felyeton)

“Ağa Məhəmməd Şah Qacar Tiflisi odlara qalıyanda ermənilər gürcülərin öylərindən oğurluq ediflər”. Bunu mən yox, Gürcü yazıçı Mixail Cavaxişvili yazıf, a bala!” Bu sözləri daim Borçalı ləhcəsində danışan Fatmanisə xala mənə söyləyib.
Fatmanisə xala, sənin bu tarixdən başın çıxır?
- Yox-yox gədələr tarix yazanda mən onların ağzına ........ Ona görə də vaxtım olmuyuf bu gədələrin yazdığı və milləti qarannığa aparan tarixdən. İndi mən özüm başlayajam tarix yazmağa!
- Yaz, Fatmanisə xala, yaz! Gecə də, gündüz də yaz ki, bu gədələr sənin həndəvərinə dolana bilməsinlər!
- A bala, onlar Borçalıya ermənilərin köçürülməsini bilmerlər. Mən isə bilerəm. Məsələn, yazajam ki, II İrakli 1779-cu ildə Borçalıya 9 erməni kəndi köçürüf. Elə o zamannardan başdıyaraq ermənilər Gürcüstana dəfələrlə xəyanət ediflər. Hətta Ağa Məhəmməd Şah Qacar Tiflisi odlara qalıyanda onlar gürcülərin öylərindən oğurluq ediflər. Bunu mən yox, Cavaxişvili yazıf, a bala! Onlar hətta gürcü əlifbasının erməni Mesrop Maştost tərəfindən yaradıldığı haqqında əfsanə və nağıl da düzəldiflər. Səylərinə bərəkallah! Heç o Maşrofdu, Mesrofdu, nədi heç gürcü dilində də danşmağı bilmermiş, a qadan alem, onda nejə oldu ki, bu tula gədə gürcünün əlifbasını yazdı? Bu sözləri də mən yazmamışam, a bala. Bunları gürcü yazıçısı Vaja Şubitidze yazıf! Hələ torvadan çox pişiklər çıxajaq, bala! Bir az savr elə!)))

Fatmanisə xalanın dediklərini qələmə aldı:

Nizami Məmmədzadə,
Azərbaycanın Əməkdar jurnalisti, AYB-nin üzvü, mənbə: https://www.moderator.az/news/350068.html...

GAXA.ge