Dmanisidə 100 yaşlı azərbaycanlı qadını şəhər meri onun yubileyi münasibətilə təbrik edib

Azərbaycanlıların kompakt yaşadığı Aşağı Oruzman kəndində 100 yaşlı Sona Həsənova yaşayır. GAXA-nın məlumatına görə, bu gün Sona nənənin 100 illik yubileyi tamam olub. Dmanisi meri Giorgi Tatuaşvili bı u əlamətdar gün münasibətilə Sona Həsənovanı 100 illik yubileyi münasibətilə təbrik edib.

Yubiley münasibətilə Dmanisi meri Sona nənənin evinə gedib və meriyanın rəsmi nümayəndələri ilə birlikdə bir əsr yaşa malik azərbaycanlı qadını əlamətdar bir tarix münasibətilə təbrik edərək, ona , simvolik hədiyyələr verib, cansağlığı və uzun ömür diləyib.

Yubilyarın təbrik mərasiminə qohum-əqrəba da qatılıb.

Xatırladaq ki, Dmanisi meri Novruz bayramı günlərində də yaşlı Gürcüstan vətəndaşlarını bayram münasibətilə təbrik etmişdi.

GAXA.ge