Gürcüstan siyasətçiləri Dmanisidəki vəziyyəti şərh edirlər

Müxalifət partiyası "Ağmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze polisdən vaxtında tədbir görülməsini və dərhal hərəkət etməsini tələb edir. GAXA-nın məlumatına görə, G. Vaşadze bildirib:

"Müvafiq şöbələr tərəfləri barışdırmaq və münaqişənin sülh yolu ilə həlli üçün vaxtında tədbirlər görməlidirlər. Öz əhalisinə qarşı bu cür laqeydlik qəbuledilməzdir. Mən də qarşı tərəfləri münaqişənin süni böyüməsinə töhfə verməmək üçün sakit olmağa çağırıram”,- deyə Vaşadze qeyd edib.

Parlamentin prosedur məsələləri komitəsinin sədri İrakli Kadaqişvilinin dediyinə görə, qanun, milliyyətindən asılı olmayaraq Dmanisidəki qarşıdurmanın bütün iştirakçılarına ciddi şəkildə tətbiq edilməlidir, çünki bu halda hamısı Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, mayın 16-da baş verən qarşıdurmadan əvvəl Svan əsilli gənclər Dmanisidəki mağazaların birindən nisyə olaraq spirtli içi tələb ediblər. Sadıcı azərbaycanlı qız onların tələb etdiyi içkini vermədikdə onlar satıcını təhqir ediblər. Qızın atası satıcını müdafiə etdikdə gənclər onu döyüblər. Sonra svanlar və yerli azərbaycanlılar arasında ciddi şəkildə qarşıdurma davam edib. İki gün davam edən qarşıdurmadan sonra gecə saatlarında tərəflər arasında barışıq olub.

GAXA.ge