Gürcüstanda komendant saatı axşam saat 23:00-dan səhər saat 05:00-dək olacaq

Gürcüstanda bu gündən başlayaraq komendant saatının vaxtına aid məhdudiyyətlər uzadılıb. GAXA-nın məlumatına görə, komendant saatı axşam 23:00-dan başlayacaq və səhər saat 05:00-dək davam edəcək. Həmin vaxtlarda nəqliyyat vasitələrinin və vətəndaşların hərəkəti qadağan edilib.


Qeyd edək ki, komendant saatı bütünlüklə ləğv edilməyib. Komendant saatının vaxtının uzadılması qərarı əhalinin tələbi ilə hökumət tərəfindən qəbul edilib. 


GAXA.ge