Türkiyədə üç terrorçu zərərsizləşdirilib

Türkiyənin Hakkari vilayətində keçirilən xüsusi əməliyyatda ən azı üç terrorçu zərərsizləşdirilib. GAXA-nın məlumatına görə, bu barədə Anadolu Agentliyi məlumat verir.

Xüsusi əməliyyatda Jandarma və Hava Qüvvələrinin nümayəndələri iştirak edib.

Eyni məlumata görə, xüsusi əməliyyat davam edir və bölgədə fəaliyyət göstərən "Kürd İşçiləri" partiyasına qarşı yönəldilib.

GAXA.ge