Dünyada koronavirus hadisələrinin ümumi sayı 158 milyonu ötür

Dünyada təsdiqlənmiş koronavirus hadisələrinin ümumi sayı 158 milyonu ötür. GAXA-nın məlumatına görə, yenilənmiş məlumatlar dünya sayğacları tərəfindən yayımlanır.

Gürcüstanın qonşu ölkələrinə gəldikdə, epidemioloji vəziyyət belədir:

Rusiya Federasiyası

Rusiyada daha 8465 yeni koronavirus hadisəsi aşkar edilib. Son 24 saat ərzində virus 321 nəfərin ölümünə səbəb olub.

Ümumilikdə, ölkədə 4.88 milyon infeksiya hadisəsi var.

Azərbaycan

Bir gecədə Azərbaycanda Kovid 19-un 371 yeni hadisəsi aşkar edilib və 18 nəfər virusdan dünyasını dəyişib.

Pandemiyanın yayıldığı vaxtdan bəri Azərbaycanda Kovid 19-un təsdiqlənmiş 327.987 hadisəsi qeydə alınmış və 4.698 nəfər ölmüşdür.

Ermənistan

Ermənistanda son bir gündə Kovid 19-un 83 yeni hadisəsi təsdiqlənib.

Son bir gündə koronavirus infeksiyasının yaratdığı xəstəlikdən 17 nəfər ölüb.

Pandemiyanın başlanğıcından bəri Ermənistanda 219 353 nəfər Covid 19-a yoluxub, onlardan 205,200 nəfəri artıq sağalıb, 4,249 nəfəri ölüb.

Türkiyə

Son bir gündə ölkədə 13604 yeni koronavirus hadisəsi təsdiqlənib, 282 nəfər virusdan dünyasını dəyişib.

Ölkədə Covid 19 pandemiyasının baş verməsindən bu yana təsdiqlənmiş hadisələrin ümumi sayı 322 468-dir.

Son 24 saat ərzində 1,439 nəfər virusdan sağalıb.

GAXA.ge