Gürcüstanın Baş naziri mayın 12-də Ermənistana səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ermənistana rəsmi səfəri mayın 12-nə planlaşdırılıb. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin saytında məlumat bildirilib.

Xarici İşlər Nazirinə və Ermənistan Xarici İşlər Nazirliyinin Protokol Xidmətinin Rəhbərinə səfər proqramını, icra qurumlarına heyət üzvlərinin təhlükəsizliyi, Müdafiə Nazirliyinə - protokol tədbirlərində fəxri qarovul dəstəsinin iştirak etməsini və qanunu hazırlamaq tapşırılıb.

Səfərin proqramı hələ açıqlanmayıb.

Qaribaşvili artıq Ermənistana iki dəfə  səfər edib: 2014-cü ildə Gürcüstanın baş naziri və 2020-ci ildə müdafiə idarəsinin rəisi kimi. Hər iki dəfə siyasətçi bütün əməkdaşlıq sahələrində ikitərəfli münasibətləri dərinləşdirmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, 2019-cu ildə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria Ermənistana rəsmi səfər etmişdi.

GAXA.ge