Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramla

Bəşər tarixində elə şəxsiyyətlər olur ki, zaman onları bizdən uzaqlaşdırdıqca, onların əzəməti, qüdrəti əvvəl olduğundan bir qədər də artıq görünür.

Böyük rus mütəfəkkiri Dostayevski deyib ki, insanın dəyəri, onun varlığında deyil, yoxluğunda üzə çıxır. Bizim xalqımızın belə tarixi şəxsiyyətlərindən biri də müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevdir.

Bu gün politoloqlar, siyasətçilər, mədəniyyət, elm, incəsənət xadimləri, hətta adi zəhmət adamları da bu tarixi şəxsiyyətin böyüklüyündən, dövlətçilik siyasətindən, böyük aparıcı missiyasından və tarixi sima kimi qüdrətindən ürəkdolusu söhbət açırlar.

Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı xalqın təkidli tələbi ilə və 91 nəfər ziyalının dəvəti ilə oldu. Bu tarixi bir zərurət idi.

Məhz bu 91 nəfər ziyalı Ulu Öndəri inandıra bildilər ki, yaşının 70-i keçdiyi bir zamanda, indi yaşanan gərgin tarixi krizis, siyasi çökmə, tamamilə yer üzündən silinmə təhlükəsi və vətəndaş müharibəsi ilə üzbəüz qalan Azərbaycanı məhz onu kimi dünyagörmüş, uzaqgörən, müdrik dövlət xadimi xilas edə bilər.

Ümummilli lider H.Əliyev  bilirdi ki, dövləti qurmadan müstəqillikdən danışmaq olmaz. Buna görə də onun ilk işi məhz dövləti qurmaq oldu.

Tarixi şəxsiyyət olan ulu öndər H.Əliyevin xalqın qarşısına qoyduğu əsas məsələ də qüdrətli dövlət yaratmaq və müstəqilliyimizi qoruyub saxlamaq idi ki, o,  1993-il iyunun 15-də hakimiyyətə gəldi və beynəlxalq aləmin nəzərini Azərbaycana yönəltdi.

Fenomenal yaddaşa, güclü intuisyaya, dərin biliyə, böyük siyasi ağıla  malik Ümumilli lider buna “Əsrin müqaviləsi”ni bağlamaqla başladı!  Sonra bu qüdrətli siyasi xadim, 1995-ci ildə Azərbaycanda dövlətin və dövlətçiliyin əsası olan ölkə Kanstitutsiyasına əlavələr elədi.

Dövlətin möhkəm qorunması və müstəqilliyi üçün ölkənin iqtisadiyyatını möhkəmlətmək lazım idi ki, Ulu Öndər ölkə iqtisadiyyatını gücləndirmək üçün siyasi iradə nümayiş etdirdi. Dövlət və dövlətçilik inkişaf etməyə başladı. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu gücləndi. Bu güclənmə “Əsrin müqaviləsi” ilə pik nöqtəyə çatdı.

Çünki, O, böyük filosof idi. Filosoflar isə səhv qərarlar qəbul edə bilməzlər. Onun hər çıxışında, alimlərlə, yazıçılarla, iqtisadılarla, taixçilərlə, hətta zəhmətkeşlərlə birgə keçirdiyi müşavirələrdə bir neçə fəlsəfi fikir irəli sürür, onun həyata keçirilməsi yollarını açıqlayırdı.

Həyata filosofcasına baxmağı bacaran H.Əliyevin uğurlu, düzgün  kadr seçimi var idi. Nazirlərin, güc aparatlarının, mədəniyyət idarələrinin, kənd təsərrüfatı strukturlarının rəhbərlərinin hər birini seçilmiş insanlardan qoyurdu. Tezliklə güc nazirliklərini möhkəmləndirdi. Ordunu yenidən qurdu. Xarici və daxili düşmənlərin təcavüzünün qarşısını aldı. Atəşkəsə nail oldu! Beləliklə öz qanunu, qanunçuluğu olan hüquqi dövlət yaratdı. Dövlətin gələcək taleyinin təhsildən asılı olduğunu bilərəkdən olkədə təhsili gücləndirdi.  H.Əliyev yeni dövləti qurmadan əvvəl vətəndaşların öz hüququnu bilməsi və qorumasında görürdü və ona görə də elmə, maarifə, mdəniyyətə, təhsilə böyük əhəmiyyət verirdi.

H.Əliyev Azərbaycan tarixində son yüz illikdə iz qoymuş güclü bir tarixi şəxsiyyətdir. O, bu dövlətin qurucusu, banisi və nəzəri əsasını yaradan böyük filosofdur.

Onun filosof kimi öz aforizmləri var ki, bu bir xalq müdrikliyidir. Ancaq müdrik insanlar aforizm yarada bilər. O, “Xalq dövlət üçün yox, dövlət xalq üçündür!”-deyirdi.

Onun irsi böyük fəlsəfi irsdi və bu Azərbaycan xalqının samballı mənəvi dəyəridi.

O, əsl dövlət xadimi idi ki, belə şəxslər yüz ildə bir yetişirlər.

Mən bu dahi şəxsiyyətə həsr etdiyim şeirlərimizami  ayrıca kitab şəklində 7 dildə dərc olunub. Onu sizə təqdim edirəm:   

Əziz rəhbər

(Ulu öndər Heydər Əliyevə)

 Əziz rəhbər, Vətənimə həyan oldun,

Gələcəyə xeyirli yol qoyan oldun,

Talanmışdı ana yurdum başdan-başa,

Nəfəsinlə səhralar gülüstan oldu!

 

Dayandırdın qırğınları, ölümləri,

Xalqım sənə minnətdardır, ey rəhbərim!

Doğdu yenə üzümüzə al səhərim,

Həqiqətin dünyalara bəyan oldu!

       

Hər bir zaman səni sevən ellərin var,

Şöhrətinlə qürur duyur doğma diyar,

İlhamındır Vətənimə son yadigar,

Əməlinlə yurdum cənnətməkan oldu!

 

Heydər baba, sən ellərin babasısan


Heydər baba, sən ellərin babasısan!

Üzə gülən əməllərin babasısan!

Qoy sevinsin, mənim xalqım indən belə,

Gələcəyin, nəsillərin nəvasısan!

Heydər baba, sən ellərin babasısan!

       

Siyasətin yurdumuzu alacaqdır,

Torpaqlarım öz elimin olacaqdır,

Özün haqsan, sözün haqdır, işin haqdır,

Parlaq, nurlu al səhərin sədasısan!

Heydər baba, sən ellərin babasısan!

 

 İmza atdın xalq adından sən də axır,

Əzəmətin dünyaları yendi, axır,

Həqiqətin ürəklərdə dindi, axır,

Ürəklərin, könüllərin nidasısan!

Heydər baba, sən ellərin babasısan!

    

Ön cəbhədən gəldi səsin dönə-dönə,

Əzəmətin, cəsarətin yaşar yenə,

Ümid etdi əsgərlərim, rəhbər, Sənə,

Millətimin səngərisən, qalasısan!

Heydər baba, sən ellərin babasısan!

      

Yorulmadın, sona qədər Sən yürüdün,

Nə bir susdun, nə dayandın, nə kiridin,

Xalq yolunda gilə-gilə hey əridin,

Tarixlərdə, yaddaşlarda qalasısan!

Heydər baba, sən ellərin babasısan!

     

Səngərləri gəzdin bir-bir axıradək,

Axan qanı dayandırdın sədd çəkərək,

Alacağıq torpaqları çərək-çərək,

Sönməz eşqin, hünərlərin binasısan!

Heydər baba, sən ellərin babasısan!

      

Əməlini əməlində yaşadan var,

Haqq yolunu tutan, layiq bir insan var,

Səni hər vaxt yaşadacaqdır, İlham var,

Qələbənin, zəfərlərin butasısan!

Heydər baba, sən ellərin babasısan!

 

Zərəngiz Dəmirçi Qayalı