Böyük Vətən müharibəsində 9 May-Qələbə Günü münasibətilə Şuşada tədbir keçirilib

Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli  tədbir keçirilib. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, tədbirdə Böyük Vətən Müharibəsi illərində misilsiz qəhrəmanlıqlar göstərmiş Azərbaycan xalqının igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Təntənəli tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının qəhrəmanlıq xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Böyük Vətən Müharibəsində 700 minə qədər azərbaycanlı iştirak edib, onlardan 300 min nəfəri geri qayıtmayıb. Müharibədə göstərdikləri igidlik və cəsarətə görə 139 soydaşımız "Sovet İttifaqı Qəhramanı" adına layiq görülüb. 30 nəfər azərbaycanlı müharibə iştirakçısı “Şərəf” ordeni, 170 min əsgər və zabit isə SSRİ-nin müхtəlif orden və medalları ilə təltif olunublar. Sovet İttifaqı qəhramanları Həzi Aslanov, İsrail Məmmədov, Adil Quliyev, Ziya Bünyatov, Mehti Hüseynzadə və bir çoх başqaları öz qəhramanlıqları ilə хalqımızın şanlı və şərəfli tariхini yazıblar.

GAXA.ge