Gürcüstanda müsəlman hərbçilərinə Quran kitabı təqdim edilib

Gürcüstan Müdafiə Qüvvələrinin hərbiçilərinə miniatür Quran kitabları paylanılıb. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə müdafiə nazirliyindən bildirilib.

Məlumata görə, Quran Gürcüstan Müdafiə Nazirliyinin təşəbbüsü ilə nəşr olunub və Müdafiə Qüvvələrinin bütün hərbi hissələrində xidmət edən müsəlman hərbiçilərə paylanılıb.

Quranın əsgərlərə təqdim edilməsi mərasimində Senakidəki Qərb Komandanlığı İkinci Piyada Briqadasının hərbi bazasında Qərb Müdafiə Qüvvələrinin Komandiri briqada generalı Koba Qrigolia və Gürcüstan Müftisi Adəm Şantadze iştirak edib.

Qurani Kərim təqdim edildikdən sonra Müfti hərbçilərə xeyir-dua verib, onların Ramazan Bayramını təbrik edib və onlara uğurlar diləyib.

Miniatür Quran yığcam və elastikdir, qapağı kamuflyaj edilib.

Nazirliyin təşəbbüsü ilə Müdafiə Qüvvələrinin xristian hərbi qulluqçularına da  Müqəddəs Georqoba bayramı günü münasibətilə xristiyan dinindən bəhs edən miniatür müqəddəs kitablar təqdim edilib. Gürcüstan ordusu haqqında 603 səhifəlik müqəddəs kitabda əvvəl Gürcüstan Patriarxının nitqi verilib.

Müqəddəs Kitabda dini kitablardan dualar, hərbi and, Gürcüstanın milli marşı, habelə Gürcüstan çarları olan  Vaxtanq Qorqasali və Qurucu Davidin Gürcüstan ordusuna müraciəti verilib.

GAXA.ge