Gürcüstan Pasxa bayramını qeyd edir

Baş nazir İrakli Qaribaşvili əzəmətli Pasxa bayramını qeyd edən bütün xristianları təbrik edib. GAXA-nın məlumatına görə, Qaribaşvili pasxa bayramının qeyd edilməsinin insanlara sevinc və ümid verdiyini bildirib.

“Hər kəsi gözəl Pasxa bayramı münasibətilə təbrik edirəm, hamıya xoşbəxtlik, dinclik, yaxşılıq və can sağlığı diləyirəm",- deyə baş nazir bildirib.

GAXA.ge