Gürcüstanda sərnişin qatarının vaqonu relsdən çıxıb

Gürcüstanda Zuqdidi-Tiflis istiqaməti üzrə hərəkət edən sərnişin qatarının dördüncü vaqonu relsdən çıxıb. GAXA-nın məlumatına görə, bu barədə “Gürcüstan Dəmir Yolları” xəbər bildirib. Pia.ge saytının məlumatına görə, qatarda olan sərnişinlər təcili təxliyə olunub və relsdən çıxan vaqonun yerinə əlavə vaqon göndərilib. Məlumatda bildirilir ki, qəza baş verən zaman xəsarət alan olmayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Baş verən qəza ilə bağlı “Gürcüstan Dəmir Yolları” şirkəti sərnişinlərdən üzr istəyib.

Məlumata görə, baş verən hadisənin səbəbi barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma başlanılıb.

GAXA.ge