Gürcüstan bu gün əfsanəvi teatr və kino aktyoru Kaxi Kavsadze ilə vidalaşıb
Bu
gün Şota Rustaveli Teatrında əfsanəvi teatr və kino aktyoru Kaxi Kavsadze ilə
vidalaşma mərasimi keçirilib. GAXA-nın məlumatına görə, tədbirə baş nazir
İrakli Qaribaşvili, parlament sədri Kaxa Kuçava, Tiflis meri Kaxa Kaladze,
hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili, siyasətçilər,
ictimai xadimlər, Tiflis şəhər sakinləri qatılıblar. Mərasim iştirakçıları aktyorun ölümünün hər kəsə acı
itki verdiyini bildiriblər.
Bu
gün böyük aktyor Saburtala qəbiristanlığında həyat yoldaşı aktrisa Bella
Mirianaşvilinin yanında dəfn ediləcək.
Aktyorun
dəfn mərasimi üçün bütün xərclər dövlət tərəfindən ödənilir.
Məlumata
görə, 2020-ci ilin noyabrında koronavirusa yoluxan xilas olan Kaxi Kavsadze xəstəliyin
öhdəsindən gələ bilməyib. O, aprelin 27-də 86 yaşında Birinci Universitet
klinikasında dünyasını dəyişib.
K.
Kavsadze 80-dən çox filmdə çəkilib.
GAXA.ge