Qəbiristanlığı ziyarət edənləri 2000 lari cərimə gözləyir

Mayın 2-dən 4-dək vətəndaşların Gürcüstan ərazisindəki qəbiristanlıq ərazilərinə girişi qadağan edilib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib. Məlumata görə, qəbiristanlığı ziyarət qadağasını pozan şəxs 2000 lari cərimələnəcək.

“Gürcüstan Hökumətinin 23 May 2020-ci il tarixli 322 saylı qərarına əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün bu il mayın 2-dən 4-dək vətəndaşların Gürcüstan ərazisindəki qəbiristanlıq ərazilərinə girişi qadağandır.

Qadağa yalnız cənazə mərasiminə aid deyil.

Mayın 2-dən etibarən polis qəbiristanlığa giriş yollarını və ölkə daxilindəki qaydaları izləyəcək. Məhdudiyyətlərin pozulması halında qaydanı pozan şəxs 2000 lari məbləğində cərimələnəcək”,- deyə nazirlikdən bildirilib.

GAXA.ge