Gürcüstanda daha 20 nəfər koronavirusdan ölüb

“Son 24 saat ərzində Gürcüstanda koronavirusdan 20 yeni ölüm hadisəsi qeydə alınıb. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan hökuməti administrasiyasının yaydığı məlumatda deyilir.

Pandemiya başlayandan bu günə qədər Gürcüstanda ümumilikdə 4130 nəfər koronavirusdan ölüb.

Bildirilib ki, Gürcüstanda 1177 yeni koronavirus infeksiyası halı aşkarlanıb və son 24 saat ərzində ölkədə 20129 test aparılıb.

GAXA.ge