İrakli Qaribaşvili SOCAR prezidenti Rövnəq Abdullayevi qəbul edib

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət dəftərxanasında Azərbaycanın Dövlət Neft Şirkəti olan "SOCAR"ın prezidenti Rövnəq Abdullayev ilə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri müzakirə olunub. Gürcüstanın Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurla əməkdaşlıq etdiyi qeyd edilib.

Socar Energy Georgia-nın baş icraçı direktoru Mahir Məmmədov Hökümət İdarəsində keçirilən iclasda iştirak edib.

GAXA.ge