Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ötən gün saat 22: 45-də vəfat edb. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, Azad Rəhimov ağciyər xərçəngindən və qaraciyər serrozundan ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

O, 56 yaşında vəfat edib.

Azad Rəhimovun oğlu bildirib ki, bir çox insan nazirlə vidalaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik. Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq: "Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək".

Qeyd edək ki, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov atası – mərhum gənclər və idman naziri Azad Rəhimovun vəfatından yazıb.

GAXA.ge