Azərbaycanın əsas hissəsi Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdiriləcək

Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub və bu dəmiryolu Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı bəyan edib.

“Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Azərbaycan üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Şəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.

Artıq dəmiryolunun inşaatı ilə bağlı işlər gedir. Bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər. Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz”,- Azərbaycan Prezidenti vurğulayıb.

Məlumata görə, Zəngəzur dəhlizi ilə yalnız dəmiryolu deyil, eyni zamanda avtomobil yolunun da istifadəyə veriləcəyi gözlənilir.

GAXA.ge