Yeni təşəbbüs: “Gürcüstan yenilənir”

Gürcüstanın geniş miqyaslı yenilənməsinə başlayırıq. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib. Baş nazir yeni təşəbbüsü təqdim edərkən proqramın nəyə aid olduğunu açıqlayıb.

"Bu proqram nəticəsində 63 bələdiyyədə şəhərlər, mühüm mədəni və tarixi irs sahələrinin və inzibati mərkəzlərin bərpası, həmçinin istirahət məkanlarının tənzimlənməsi, turizm infrastrukturunun inkişafı və digər əhəmiyyətli obyektlərin inşası həyata keçiriləcək. Proqram çərçivəsində yeni istirahət, turizm və ictimai zonalar yaradılacaq.

Hökumət başçısının sözlərinə görə, regional yeniləmə layihəsinin ilk mərhələsinin dəyəri 500 milyon lari təşkil edir. Layihə çərçivəsində  ilk növbədə, yeni iş yerlərinin açılması nəzərdə tutub. Layihəyə görə, təxminən 15.000 yeni iş yerinin açılacağını və bölgələrimizin əhalisinin məşğul olacağını təxmin edirik.

"Proqramın nəzərdə tutduğu layihələr üçün tenderlər bu həftəyə elan ediləcək və iyun ayından etibarən 63 bələdiyyədə genişmiqyaslı işlərə başlayacağıq",- deyə İrakli Qaribaşvili bildirib.

Baş nazir qeyd edib ki, proqramda nəzərdə tutulan layihələr Regional İnkişaf və İnfrastruktur Nazirliyinin "Bələdiyyə İnkişaf Fondu" ilə yanaşı bələdiyyələr tərəfindən də həyata keçiriləcək.

Proqram dövlət büdcəsindən və beynəlxalq maliyyə qurumlarının köməyi ilə 500 milyon lari daxilində maliyyələşdiriləcək.

Proqrama bacarıqlı mütəxəssislər və memarlar cəlb ediləcək.

GAXA.ge