Tiflisdə Arıçılıq Mərkəzi açılıb

Bu gün Gürcüstan paytaxtında çoxfunksiyalı regional Arıçılıq Mərkəzinin açılışı olub. GAXA-nın məlumatına görə, bu barədə paytaxt meriyasının mətbuat xidməti xəbər verib.                                             

Arıçılıq Mərkəzinə daimi dəstəyin yaradılmasına yönəlmiş əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində Tiflis Bələdiyyəsi, Çex Agentliyi və Agora şirkəti iştirak edib.

Mərkəzdə arıçılıq sahəsi üçün lazımlı tədqiqatları aparacaq müasir bir arıçılıq laboratoriyası var.

Qeyd edək ki, 2020-ci ildə Gürcüstandan 21,7 ton bal ixrac edilib. Bu da 2019-cu illə müqayisədə 15,3 ton (3,4 dəfə) çoxdur. İxracat əsasən AB ölkələrinə (12,9 ton) həyata keçirilib ki, bu dİalzma 2019-cu illə müqayisədə 6,7 dəfə çoxdur.

Çex İnkişaf Agentliyi mərkəzin yaradılmasına 400 min avrodan çox sərmayə yatırıb. Tədbirdə Bələdiyyə sədrinin müavini Andria Basilaya səmərəli əməkdaşlığa görə Çex tərəfinə təşəkkür edib.

GAXA.ge