Dövlət Naziri Tea Axvlediani Gürcüstan xalqını “Gürcü Dili Günü” münasibətilə təbrik edib

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani Gürcüstan xalqını “Gürcü Dili Günü” münasibətilə təbrik edib. GAXA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli vətəndaşlar, bu əlamətdar tarix – “Gürcü Dili Günü” münasibətilə sizi təbrik edirik! Çoxəsrlik tarixə malik gürcü dili ən böyük sərvətimiz və dövlətçiliyimizin təməlidir. Gürcü dili müxtəlif inkişaf mərhələlərində bir çox çətinliklərə məruz qaldı, hətta mövcudluğu təhdid olundu, lakin böyük səylər, birlik və bütövlükdə cəmiyyətin birləşdirilməsi nəticəsində gürcü dili qorunub saxlanıldı, daha da inkişaf etdirildi və möhkəmləndi.

Təəssüf ki, Abxaziya və Tsxinvali bölgələrində gürcü dilində təhsilə giriş hələ də ciddi şəkildə məhdudlaşdırılır ki, bu da əsas insan hüquqlarının kobud şəkildə pozulması və etnik ayrıseçkiliyin təzahürlərindən biridir. Gürcüstan hökuməti işğal altında olan ərazilərdəki həmvətənlərimizə yer üzündə gürcü dilini öyrənməyə imkan yaratmaq üçün beynəlxalq tərəfdaşlarla fəal iş aparmaq da daxil olmaqla səylərini əsirgəmir. Bundan əlavə, hökumət Gürcüstanın nəzarətində olan ərazidə təhsilin bütün səviyyələrinə daha asan çatmağı təmin edən bir sıra proqramlar hazırlamışdır.

Bizim dövlət borcumuz və böyük məsuliyyətimiz yalnız dövlət dilinə hörmət etmək deyil, həm də ona qayğı göstərmək, hər bir vətəndaşı gürcü dilini öyrənməyə təşviq etmək və bununla da dilimizin əhəmiyyətini və statusunu gücləndirməkdir. Dövlət dilini bilmə səviyyəsinin yüksəldilməsi, səmərəli işləməsinin və populyarlaşdırılmasının təmin edilməsi dövlətin vətəndaş bərabərliyi və inteqrasiyası siyasətinin vacib prioritetidir. Son illərdə etnik azlıqlar, xüsusilə də gənclər arasında gürcü dilinin biliklərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran bir sıra mexanizmlər tətbiq olundu. Bu istiqamətdə səylər daha da gücləndiriləcək.

Bu gün i sizbir daha təbrik edirəm! Birlikdə gürcü dilinin qorunması və inkişafı ilə məşğul olaq!”,  - deyə Dövlət Naziri bildirib.

14 Aprel Gürcüstanda Ana Dili Günüdür. Bu gün, 1990-cı ildən bu yana 14 Aprel 1978 hadisələrini anmaq üçün təsis edilmişdir. Gürcü dilinin dövlət dili statusunu itirdiyinə görə Sovet rəhbərliyinin təşəbbüsü  cəmiyyət tərəfindən kütləvi etirazlarla  qarşılanıb.

 

GAXA.ge