“İqlimə davamlı kənd rəsərrüfatı –PRAİSE MARNEULİ” adlı yeni layihə başlayır

CENN, HEKS-EPER-in maliyyə dəstəyi ilə, Marneuli Munisipalitetində “ İqlimə davamlı kənd rəsərrüfatı –PRAİSE MARNEULİ” adlı yeni layihə başlayır. GAXA-nın məlumatına görə, layihənin məqsədi Marneuli Munisipalitetində əhalinin gəlirini artırmaqla bağlı imkanların gücləndirilməsi, ətrafa mühitə dost olan iqlimə davamlı kənd təsərrüfatının (CRA) inkişafı və bu istiqamətdə mövcud təcrübəninin tətbiq edilməsi üçün lazimi mexanizmlərin formalaşdırılmasıdır.

Layihə Marneuli Munisipalitetində mövcüd olan ictimai müəssisələrin, fermerlərin, qadınların, gənclərin, yerli maralqanan şəxslərin gücləndirilməsinə yönəldilib, hansı ki, insan haqlarına əsaslanan yanaşmanı (HRBA) nəzərə almaqla, iqlimə davamlı kənd təsərrüfatı təcrübəsinin tətbiq edilməsini nəzərdə tutur.

Layihə 4 il ərzində növbəti istiqamətlər üzrə qeyd olunan fəaliyyətləri həyata keçirəcək:

Əsas fəaliyyətlər:

Munispalitet səviyyəsində iqlimə davamlı kənd təsərrüfatı təcrübəsinin tətbiq edilməsi mexanizmlərinin formalaşdırılması:

- Çox sektorlu işçi qrupunun (MSWG) yaradılması, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin və bu sahənin ekspertlərinin iştirakı ilə, iqlimə davamlı kənd təsərrüfatının çərçivə sənədinin və iqlim dəyişikliyinin adaptsiya planını tərtib etmək, hansı ki, yerli əhalinin ehtiyacına və tələbatlarına uyğun olacaq.

İqlimə davamlı kənd təsərrüfatının təcrübəsi və insan haqlarına əsaslanan Yanaşmaların (HRBA) tətbiqi üçün ictimai qurumların və yerli maraqlı tərəflərin gücləndirilməsi- İmkanların inkişafı proqramının yaradılması, təcrübi işlərin, seminarların, müzakirələrin, tematik təlimlərin və gənclər üçün yaşıl düşərgələrin təşkil edilməsi, kənd təsərrüfatı sahəsində təhsil səfərləri və ətraf mühitə dəstək texnologiyalar mövzusunda mediya turların həyata keçirilməsi. İqlimə davamlı kənd təsərrüfatının təcrübəsi haqda təhsil materialının yaradılması.

Yerli təşəbbüsləri maliyyələşdirmək (alt qrantlar) və qadın əkinçilik kooperativi yaratmaqla gəlirin yaradılması imkanlarının inkişafına dəstək və yaşayış şərtlərinin yaxşılaşdırılması.

„PRAISE MARNEULI “ layihəsi HEKS- EPER –in maliyyə dəstəyi ilə CENN həyata keçirir. Layihənin ümumi büdcəsi 399,351 İsveçrə frankıdır. Layihə 2021-ci ilin yanvar ayında başlayıb və 2025-ci ilin yanvar ayında başa çatacaq.

Əlaqə məlumatları:

Qiorqi Orkodaşvili, Layihə rəhbəri, CENN | [email protected]

Nilüfər Kurbanova, Fermerlərin Səfərbərliyi və İmkanların İnkişafı üzrə koordinator, CENN| [email protected], +995 599 023 090

GAXA.ge