Ermənistan prezidenti sabah Tiflisə rəsmi səfərə gələcək

Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan sabah Tiflisə rəsmi səfərə gələcək. Ermənistan prezidenti Armen Sarkisyan və Nune Sarkisyanın rəsmi qarşılanma mərasimi aprelin 15-də Orbeliani Sarayında keçiriləcək. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi səfər çərçivəsində Ermənistan prezidenti ilə Gürcüstan prezidentinin təkbətək və geniş heyətdə görüşü planlaşdırılır, bundan sonra Armen Sarkisyan və Salome Zurabişvili mətbuata birgə açıqlamalar verəcəklər.

Ermənistan Respublikası Prezidenti ilə Gürcüstan Parlamentinin sədri arasında da görüş planlaşdırılır.

GAXA.ge