Məlumat kampaniyasının yekun iclası keçirilib

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin birinci müavini Lia Qiqauri peşə və ali təhsil nümayəndələrindən ibarət məlumat kampaniyasının yekun iclasını açıb. GAXA-nın məlumatına görə, nazir müavini L.Qiqauri öncə məlumat kampaniyasının iştirakçılarını salamlayıb, sonra layihənin əhəmiyyətindən, etnik azlıqların məlumatlandırılmasında müəllimlərin rolundan danışıb və kampaniya çərçivəsində göstərdikləri səylərə görə onlara təşəkkür edib.

Tədbirdə bu gün Dövlət Naziri və BMT-nin Gürcüstan Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilmiş, məqsədi Gürcüstanda yaşayan gəncləri dövlətin onlara təklif etdiyi peşə və ali təhsil imkanları və kommersiya proqramları barədə məlumatlandırmaq olan çox vacib bir layihənin yekunu barədə məlumat verilib.

12 bələdiyyənin 60 yaşayış məntəqəsində həyata keçirilən layihəyə müəllimlər qatılıb və minlərlə gəncə gələcəklərini əyyənləşdirmək üçün çox vacib olan peşə və ali təhsil üçün yeni imkanlar haqqında məlumat verilib. Əslində, bu proqram bir çox gəncin gələcək vəziyyətini dəyişdirdi və tərbiyə haqqında qərar verdi, eyni zamanda təhsil almaq üçün motivasiya verdi",- deyə Lia Qiqauri bildirib.

Tədbirdə Gürcüstanın Təhsil və Elm Nazirinin müavini Tamar Kitiaşvili, ABŞ Demokratiya, İnsan Haqları və İdarəetmə üzrə Beynəlxalq İnkişaf Proqramının rəhbəri Adam Şmidt və Vətəndaş İnteqrasiyası və Beynəlxalq Münasibətlər Mərkəzinin sədri Şalva Tabatadze iştirakçılar qarşısında çıxış ediblər.

Məlumat kampaniyasında iştirak edən gənclərə sertifikatlar təqdim edilib.

Layihə 2018-ci ildən bəri həyata keçirilir və layihədə məqsəd etnik azlıqları peşə və ali təhsilin mövcudluğu barədə məlumatlandırmaqdır.

Bildirilib ki, layihənin son mərhələsində 82 kənddə, 12 bələdiyyədə, 12 bölgədə 60 iclas keçirilib, 1000 nəfər faydalanan insanlara mövcud təhsil imkanları haqqında ətraflı məlumat verilib.

Məlumat kampaniyasının yekun tədbiri ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Tolerantlıq, Vətəndaşların Şüurlandırılması və İnteqrasiya Proqramı (PITA) tərəfindən dəstəklənib.

GAXA.ge