Dövlət naziri Tea Axvlediani müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib



Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Tea Axvlediani Gürcüstanda yaşayan müsəlmanları Müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. GAXA-nın məlumatına görə, Dövlət naziri təbrikində deyib:

′"Ən əziz müsəlmanlarımızı müqəddəs Ramazan ayının başlaması münasibətilə ürəkdən təbrik edirik. Bu ay hər bir müsəlmanın qəlbində inam, gözəllik, sevinc və güc bayramıdır. Ramazan ayını qeyd edən hər bir vətəndaşa və ailəyə can sağlığı, cəsarət, xeyirxahlıq və firavanlıq diləyirik",- deyə Tea Axvlediani təbrikində bildirib.

Qeyd edilib ki, bu ay müsəlmanlar gün doğandan gün batana qədər oruc tuturlar. Müqəddəs Ramazan orucu bir ay davam edir və üç gün Bayramla başa çatır.

GAXA.ge