Baş nazir müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın müsəlman əhalisini Ramazan ayının başlaması münasibətilə təbrik edib. GAXA-nın məlumatına görə, hökumət başçısının təbrikində deyilir:

“Bütün Gürcüstan müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə ürəkdən təbrik edirəm və sizə layiqli, sadiq və səbirli bir son arzulayıram. Ortaq vətənimizin sosial həyatına, gələcəyinin qurulmasına verdiyi böyük töhfənizi çox yüksək qiymətləndirirəm. Bənzərsiz mədəniyyətiniz və ənənələriniz ölkəmizin sərvətidir, müxtəlifliyinin ayrılmaz hissəsidir.

Sizə və ailələrinizə cansağlığı, firavanlıq və əmin-amanlıq diləyirəm”,- deyə təbrikdə deyilib.

GAXA.ge