Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri 9 Aprel qurbanlarının xatirəsini yad ediblər

Bu gün Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev və Fatma Ceren Yazgan 9 Aprel qurbanlarının xatirəsini yad ediblər. GAXA-nın məlumatına görə, hər iki səfir Gürcüstan Parlamentinin binasının önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər və abidə önünə əklil qoyaraq, ölkənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər.

GAXA.ge