9 aprel faciəsindən otuz iki il keçir

Qanlı 9 aprel faciəsindən otuz iki il keçir. GAXA-nın məlumatına görə, 1989-cu ilin aprelin 9-da  Sovet qoşunları Gürcüstanın müstəqilliyini tələb edən dinc aksiyanı parlament binasının qarşısında dağıdıblar. Səhər saatlarında Tiflisdə baş verən faciə nəticəsində 21 dinc aksiya iştirakçıları, əliyalın şəhər sakinləri öldürülüb və yüzlərlə insan gözyaşardıcı qazdan zəhərləniblər.

9 aprel 1991-ci ildə Ali Şura Gürcüstanın dövlət müstəqilliyini bərpa etdiyini elan edib.

9 aprel Gürcüstanın müasir tarixinə faciə və eyni zamanda Gürcüstanın müstəqilliyinin bərpası günü kimi daxil olub.

Bu gün 9 aprel faciəsi ilə bağlı dövlət və hökumət adamları parlament qarşısındakı abidə önünə gül-çiçək və əklil qoyaraq 9 aprel qurbanlarının xatirəsini anıblar.

Bu gün həmçinin Azərbaycanın Gürcüstandakı səfiri və əməkdaşları 9 Aprel qurbanlarının xatirəsini anmaq üçün parlament önünə gələrək buradakı  abidə önünə gül dəstələri düzüblər.

GAXA.ge