Anar Cəfəri və Şaban Məmmədovun oxuduğu “Gürcüstandan səslənirik biz” klipi Türkiyədə yayımlanıb

İstambulda fəaliyyət göstərən özəl REACTION kanalı youtube.com ilə Marneulidən olan gənc müğənnilərimiz Anar Cəfəri və Şaban Məmmədovun oxuduğu “Gürcüstandan səslənirik biz” klipini yayımlayıb. GAXA-nın məlumatına görə, kanal vasitəsi ilə tamaşaçılara müraciət edən aparıcı gənc müğənnilərin istedadına heyran qaldığını və xüsusən, istedadlı müğənni Şaban Məmmədovun mahnıları qəlbi ilə gördüyünü və oxuduğunu bildirib.

Xatırladaq ki, klip Azərbaycan Ordusuna dəstək üçün çəkilib. Klipdə Azərbaycan və Türkiyə, Gürcüstan və digər ölkələrin bayraqları dalğalandırılıb. Aparıcı Gökhan bəy hər iki gənc və istedadlı müğənniləri təbrik edib və onlara uğurlar arzulayıb və yeni videolarını gözlədiyini bildirib.

Sonda gənc müğənni Şaban Məmmədov çəkdikləri klipin videosunu yayımladığı üçün  aparıcı Gökhan bəyə təşəkkürünü bildirib və mahnını dinləyərək mutlu olduğunu bildirib. O, videonu izləyən tamaşaçılara da xüsusi təşəkkür ünvanlayıb.

GAXA.ge