Prezident özünü təcrid edib

Gürcüstan prezidenti Salome Zurabişvili özünü təcrid etməyə keçib. GAXA-nın məlumatına görə, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Prezident koronavirus əleyhinə peyvəndin ilk kursunu keçməsinə və protokolla təyin olunmuş PCR testindən keçməsinə baxmayaraq, mümkün risklərdən çəkinməyə və təcrid olunmağa qərar verib",-  deyə qeyd edilib.

Prezident administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvili COVID-19 diaqnozu qoyulmuş baş nazirlə təmasa görə özünü təcrid edib.

GAXA.ge