Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" ordenini Selçuk Bayraktara təqdim edib

İlham Əliyev Selçuk Bayraktarı "Qarabağ" ordenilə təltif edib. GAXA-nın məlumatına görə, Selçuk Bayraktar Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbədə mühüm rol oynayıb.
"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Qarabağ" ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram".
Bunu Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Prezident İlham Əliyevlə olan fotosunu tvitterdə paylaşaraq yazıb.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Qarabağ" ordenini S.Bayraktara təqdim edib.

GAXA.ge