Səlcuq Bayraqdar Azərbaycana gəlib
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədə
mühüm rol oynayan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı,
“Baykar Savunma” şirkətinin texniki direktoru, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana gəlib.
GAXA-nın məlumatına görə, AZƏRTAC xəbər verir ki, bu barədə Səlcuq Bayraqdar özü məlumat paylaşıb.
“Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin məzarını, azərbaycanlı və Türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, - deyə Səlcuq Bayraqdar paylaşımında qeyd edib.
GAXA.ge