Türkiyənin yeni məhdudiyyətlərini vətəndaşlarımız bilməlidir

İstanbul, İzmir, Antalya və digər şəhərlərdə həftə sonları küçədə görünənlər cərimə ilə cəzalandırılacaqlar. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Ankaradakı səfirliyi həmvətənlərimizə xəbərdarlıq edib.

Türkiyədə koronavirusun yayılmasının qarşısını almaq üçün səfirliyin Facebook səhifəsindəki mesajda Türkiyənin pandemiya ilə əlaqədar şəhərlərdə əlavə məhdudiyyətlər tətbiq edildiyini bildirib.  Müsajda bildirilib ki, həftə sonları küçələrdə hərəkət qadağası yenidən tətbiq edilib. Məhdudiyyətlər yüksək risk altında olan şəhərlər üçün tətbiq olunur. Bunlara İstanbul, İzmir, Antalya, Bursa, Trabzon, Rize, Artvin və digər şəhərlər daxildir.

Vətəndaşların iş günləri saat 21: 00-dan 05: 00-a qədər küçələrdə hərəkəti qadağandır.

Daha çox məlumat üçün Gürcüstan vətəndaşları Ankaradakı səfirlik qaynar xəttinə zəng edə bilərlər: +90 533 690 30 40, +90 539 220 82 80, İstanbul: +90 541 818 44 00, Trabzon: +90 541 326 22 26 və İzmir: + 90 530 280 45 08.

Qeyd edilib ki, Türkiyədə pandemiyanın başlanğıcından bəri, 3,2 milyondan çox koronavirus hadisəsi qeydə alınıb, bunlardan 31 mindən çoxu dünyasını dəyişib.

GAXA.ge