Gürcüstan reqbi yığması Rumıniyanı məğlub etdi

Gürcüstan reqbi yığması Tiflisdə keçirilən Avropa çempionatının dördüncü turunun matçında Rumıniya komandasını 28:17 hesabı ilə məğlub edib. GAXA-nın məlumatına görə, Gürcüstan millisi turnirdə keçirdiyi 4 matçda 4 qələbə qazanıb və qrupda birinci yeri tutub.

Rumıniya ilə oyundan əvvəl Gürcüstan millisi İspaniya, Portuqaliya və Rusiya üzərində qələbə qazanıb.

İki ölkə - Gürcüstan və Rumıniya arasında oynanan Antimoza İverieli Kuboku Gürcüstanda qalıb. Kuboku reqbi oyunçularına Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təqdim edərək, qələbə münasibətilə oyunçuları təbrik edib.

GAXA.ge