Məktəb müəllimləri koronavirus testindən keçirlər

 Gürcüstanda fəaliyyət göstərən məktəb müəllimləri virusuna qarşı sınaqdan keçirilir. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Təhsil və Elm Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi üçün tədris prosesi yenidən başlayandan bəri məktəb işçiləri koronavirus viruslarına qarşı test edilir.

Məcburi testlər Səhiyyə Nazirliyi ilə birlikdə hazırlanan protokola uyğun olaraq məktəblərdə iki həftədə bir dəfə aparılır. Proses dövlət tərəfindən tam dəstəklənir.

"Beləliklə, 2.085 dövlət və 300 özəl məktəbin müəllimləri sağlamlıqlarını nəzarətdə saxlayır ki, bu da onların təhlükəsizliyi üçün çox vacibdir", - nazirliyin açıqlamasında deyilir.

GAXA.ge