Baş nazir "Alyanse Centropolis" kompleksinin inşasının təməlini həyata keçirib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze ilə birlikdə Batumidə təməlinə simvolik bir kapsul qoyulduğu "Alyanse Centropolis" kompleksinin açılışını edib.

Alliance Group layihəsi Alliance Centropolis qlobal markaları birləşdirən misilsiz regional mərkəzdir. Layihədə bölgədəki ilk, ən böyük tədbir olan Dünya Ticarət Mərkəzi Şəbəkəsini təşkil etməklə yanaşı beşulduzlu Hyatt Center Hotel də yer alır.

Alliance Group layihəsi 10.000 kvadratmetrlik istirahət sahəsi, 1000 avtomobil üçün 3 səviyyəli yeraltı avtopark, yüksək səviyyəli restoranlar və beynəlxalq mətbəxi olan yemək mağazaları, əyləncə mərkəzi, boulinq salonu, kinoteatr, spa və sağlamlıq mərkəzləri və bir hovuzu, həmçinin turist məkanlarından ibarət olacaq.

Alliance Centropolis ayrıca Acarıstandakı ilk A Class ticarət mərkəzi, iş mərkəzi, sərgi mərkəzi və investisiya mənzillərini təqdim edəcək.

"Alliance Centropolis" Alliance Groupun beşinci genişmiqyaslı layihəsidir. Şirkət inşaat işlərinə keçən il başlayıb və diqqətəlayiq haldır ki, Gürcüstanda baş verən pandemiya zamanı "Hyatt Center" dünya otel brendinə daxil olub.

"Alliance Centropolis"in investisiya dəyəri 380 milyon dolları təşkil edird və tikinti prosesi zamanı 2000-ə qədər iş yeri yaradılacaq və layihə istifadəyə verildikdən sonra şirkət 3000-ə qədər yerli sakini işlə təmin edəcək.

GAXA.ge