Batumidə yeni terminalın açılışı olub

Batumi Beynəlxalq Hava Limanı turizmin inkişafına əhəmiyyətli töhfə verəcək. GAXA-nın məlumatına görə, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili limanın yeni terminalının açılışında bildirib. Onun sözlərinə görə, hava limanının inkişafı və yenilənməsi ilə tutumu iki dəfə artırılıb və liman ildə 1.200.000 sərnişinə xidmət göstərə biləcək.

Baş naziri İrakli Qaribaşvili yeni terminalın açılışında Türkiyədən, Fransadan olan hörmətli qonaqları, diplomatik korpus rəhbərlərini salamlayıb.

Hökümət başçısı qeyd edib ki, bu gün hökumətin qarşısında iki əsas vəzifə durur: “Pandemiyanı məğlub etmək və bu infeksiyanın yaratdığı iqtisadi böhrandan ən qısa müddətdə çıxmaq və turizmin inkişafını Gürcüstan iqtisadiyyatının ən vacib sahələrindən birinə çevirmək”.

İrakli Qaribaşvilinin sözlərinə görə, layihə vacibdir, çünki pandemiya və iqtisadi böhran şəraitində beynəlxalq sərmayədarlar, xüsusən də "TAV Georgia" Batum Beynəlxalq Hava Limanının idarəetmə şirkəti Gürcüstana əlavə 17 milyon dollar sərmayə yatırıblar. Baş nazir şirkət nümayəndələrinə, həmçinin investorlara, layihənin müəlliflərinə, mühəndislərə və inşaatçılara, layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib.

Hava limanının genişləndirilməsi 2019-cu ildə 600 min nəfəri keçəcək sərnişin axınının artmasına səbəb olub. Tikinti prosesi zamanı 300-ə qədər yerli sakin işlə təmin edilib.

Yeni terminal binasının ümumi sahəsi 4000 m2-dən 8000 m2-ə çatdırılıb. Bundan əlavə, baqajların idarə olunması sahəsi qismən genişləndirilib, burada avtomatik konveyer sistemi tətbiq olunub və əlavə 1 baqaj karuseli quraşdırılacaq.

Rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, TAV Holdinqin prezidenti Sani Şener və digər rəsmi şəxslər iştirak edib.

GAXA.ge