Azərbaycan vətəndaşları yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə biləcəklər

Azərbaycan vətəndaşları aldıqları yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə biləcəklər. GAXA-nın məlumatına görə, məsələ ilə bağlı yeni qərar aprelin 1-də qüvvəyə minəcək. Bu barədəTürkiyə tərəfdən məlumat verilib.

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır… İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, – qurumdan bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrın 10-da Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Türkiyə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər edə biləcəklər.

GAXA.ge