Gürcüstan Parlamenti Mədəniyyət Nazirliyinin ayrılması barədə qərarı təsdiqləyib

Gürcüstan Parlamenti bu gün üçüncü son oxunuşda hökumət islahatı ilə əlaqədar 58 qanun layihəsini təsdiqləyib və nəticədə Mədəniyyət Nazirliyi ayrıca bir quruluşa ayrılıb. GAXA-nın məlumatına görə, parlamentdə bu layihəyə 79 deputat səs verib.

Dəyişikliklərə əsasən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi iki nazirliyə - Təhsil və Elm Nazirliyi və Mədəniyyət, İdman və Gənclər Nazirliyinə bölünəcək.

Layihə Gürcüstan Prezidenti tərəfindən imzalanar əaq Qanunvericilik Xəbərləri” saytında dərc edildikdən sonra qüvvəyə minəcək.

Pərdəarxası məlumatlara görə, yeni nazirliyə əvvəllər Gürcüstan Ədliyyə Nazirliyinə 8 il rəhbərlik etmiş və 2020-ci ilin dekabrında hakim Gürcü Arzusu partiyasının siyahıları ilə millət vəkili olmuş Tea Tsulukiani rəhbərlik edəcək. Məlumata görə, son iki ayda Tsulukiani fəal şəkildə mədəniyyət xadimləri ilə görüşlər keçirir.

Təhsil və Elm Nazirliyinə gəlincə, Mixail Çxenkeli rəhbərlik etməyə davam edəcək.

Təhsil Nazirliyi 2018-ci ildə Mədəniyyət və İdman Nazirliyi ilə birləşdirilib.

GAXA.ge