Azərbaycan televiziyası görkəmli gürcü yazıçısı İlya Çavçavadze haqqında süjet yayımlayıb

Azərbaycan xalqı hər zaman qonşuları ilə mehriban dostluq əlaqələrində olub. Bu dostluq münasibətlərini görkəmli gürcü yazıçısı, şair, publisist və ictimai xadim İlya Çavçavadzenin muzeyində saxlanılan milli musiqi alətimiz də bir daha təsdiq edir.

GAXA-nın məlumatına görə, bu barədə Azərbaycanda fəaliyyət göstərən Baku TV televiziyasının müxbiri Saquramoda İlya Çavçavadzenin muzeyindən çəkdiyi süjetdə açıqlama verib.

BakuTV bildirib ki, Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluq münasibətlərinin tarixi qədim zamanlara əsaslanır. Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman gürcü xalqı ilə dostluq edib. Görkəmli gürcü yazıçısı, şair-publisist İlya Çavçavadzenin Saquramodakı muzeyində saxlanılan Azərbaycan xalqının milli musiqi aləti olan tar bu dostluq münasibətlərinin bariz nümunəsidir.

Azərbaycan milli musiqisi olan tar 1895-ci ildə Saquramoda keçirilən “İlyaoba” adlı xalq bayramında yerli azərbaycanlı sənətkar böyük gürcü ədibinə hədiyyə edib.

Gürcüstanda yaşayan azərbaycanlılar həmişə “İlyaoba” xalq bayramının iştirakçıları olublar. Onlara tədbirdə xüsusi hörmət olub. Muzeyin direktoru Andro Bedukidze Baku TV-yə müsahibəsində İlya Çavçavadzenin həm yazıçı, həm də şair olmaqla bərabər, içtimaiətçi də olduğunu bildirib: “Onun Gürcüstanda yaşayan xalqılarla böyük dostluq münasibətləri var idi. Xüsusilə azərbaycanlılarla sıx və dərin əlaqələri var idi. Görkəmli yazıçı ənənəvi olaraq hər il 20 iyulda “İlyaoba” xalq bayramı təşkil edərdi. Bayrama Gürcüstanın hər yerindən qonaqlar gəlirdilər və azərbaycanlılar fəxri qonaqlar hesab edilirdilər. Onların İlyanın Saquramodakı evində xüsusi yeri var idi. Bayram günlərində “İlyaoba” Bayramının iştirakçısı olan bir azərbaycanlı musiqiçi İlyaya Azərbaycan musiqi aləti olan tar da hədiyyə etmişdi”.

Saquramodakı İlya Çavçavadzenin ev muzeyinin direktoru bildirib ki, görkəmli gürcü yazıçısı İlya Çavçavadzenin  rus dilinə tərcümə olunmuş əsəri Azərbaycanda böyük tirajla nəşr edilib. Andro Bedukidze gürcü və Azərbaycan xalqılarının hələ də davam edən ikitərəfli dostluğunun əbədi olduğunu bildirib. O, muzeyə Azərbaycan səfirinin də baş çəkdiyini vurğulayıb.

Muzeyin direktoru həmçinin, Gürcüstanda fəaliyyət göstərən Mirzə Fətəli Axundovun ev muzeyindən də söhbət açıb. O, hər iki ədibin xidmətlərini dostluq nümunəsi kimi dəyərləndirib. A. Bedukidze Gürcüstanda fəaliyyət göstərən İlya Çavçavadze və M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin daha sıx əməkdaşlıq etməsinin böyük əhəmiyyətindən danışıb 

“Biz Axundovun Gürcüstan mədəniyyətinə, gürcü xalqına olan böyük sevgisini də bilirik. Gürcü xalqı da M.F. Axundovu olduqca çox sevir və ona hörmətlə yanaşırlar. Sözsüz ki, hər iki ədib Azərbaycan və gürcü xalqlarının əsl dostluq nümunəsidirlər.

İlya Çavçavadze yeni gürcü ədəbiyyatının banisi olub və həmçinin, peşəkar gürcü teatrının fəaliyyətinin bərpası, eləcə də ədəbi və teatr tənqidinin formalaşmasında müstəsna xidmətləri olub.

İlya Çavçavadze gürcü xalqının dilini, mədəniyyətini qoruyan ədib olub. Buna görə, xaıq onu gürcü millətinin atası adlandırıb.

Görkəmli gürcü ədibi “İveriya” qəzetinin redaktoru olub və qəzet səhifələrində Azərbaycan

Yazıçının “Daşların fəryadı” povestində azərbaycanlılara olan hörməti xüsusilə əks etdirilib. O, yaşadığı dövrdə hakim kimi xalqını sevib, haqsızlıqlara qarşı amansız olub və haqlı insanların tərəfində olub.

Qeyd edək ki, İlya Çavçavadze 1907-ci ildə “Sosial demokratlar” tərəfindən hazırlanan sui-qəsdin qurbanı olub.

GAXA.ge