Gürcüstanlı rəssam Ketevan Cavaxidze Beynəlxalq Festivalın münsiflər heyətinin üzvü seçilib

Gürcüstanlı rəssam Ketevan Cavaxidze Beynəlxalq Festivalın münsiflər heyətinin üzvüdür. O,  Ekvador Respublikasından təşəkkür məktubu alıb. GAXA-nın məlumatına görə, bu barədə gürcü mətbuatında xəbər verilib.

Ketevan Cavaxidze Cənubi Ekvador Beynəlxalq Suluboya Rəssamları Cəmiyyəti tərəfindən münsiflər heyətinə üzv olmaq üçün dəvət edilib və gənc rəssam məmnuniyyətlə dəvəti qəbul edib.

"Ekvadorlu suluboya sənətkarlarının əsərləri üçün əsərləri seçib bal verməli idim. Qalib gələn sənətkarların əsərləri 2021-ci ildə Kolumbiyanın Santa Marta şəhərində, Beynəlxalq Suluboya Festivalı Trienalında sərgilənəcək”- deyə Ketevan Cavaxidze bildirib.

Gürcü rəssamla bir neçə dəfə Gürcüstanda, xüsusən də Tiflisdə keçirilən Suluboya Festivalında iştirak edən IWS Ekvador Beynəlxalq Suluboya Cəmiyyətinin nümayəndəsi Maurie Virtanen ilə əlaqə yaradılıb.

"O, gürcülərə və Gürcüstana heyran qalığını bildirib, ölkəmizə maraq göstərir və onda gürcülərlə əməkdaşlıq etmək üçün böyük bir istək var",- deyə Ketevan vurğulayıb.

 Budur bir təşəkkür məktubu:

"Çox təşəkkür edirəm, əziz Ketevan, Ekvadorlu suluboya sənətkarlarının əsərlərini seçən münsiflər heyətinin üzvü olduğuğunuz üçün. Əsərlər gələn il Kolumbiyanın Santa Marta şəhərində keçiriləcək Beynəlxalq Suluboya Üçlüyündə sərgilənəcək. Əminik ki, rəsm əsərlərniz bu festivalı ən yüksək səviyyəyə qaldıracaq."

Gürcüstanlı sənətkardan əlavə, münsiflər heyətinə bir Ekvadorlu və eyni zamanda İspaniyalı bir sənətçi də qəbul edilib.

Qeyd: Ketevan Cavaxidze 2013-cü ildən Rəssamların Milli Yaradıcılıq Birliyinin üzvüdür; 2015-ci ildən - Gürcüstan Milli Rəssamlar İttifaqının üzvü; 2006-cı ildən bəri Tiflis 64 saylı xalq məktəbində sənət müəllimidir.

O, 5 fərdi sərginin müəllifidir. Həm Gürcüstanda, həm də xaricdə - Fransa, Almaniya, Çexiya, Rusiya, Azərbaycan və digər ölkələrdə 25-ə yaxın qrup sərgisində iştirak edib. Əsərləri şəxsi kolleksiyalarda qorunub saxlanılır.

Ketevan Cavaxidze Azərbaycanı, xüsusən, Bakını çox sevdiyini və bu şəhərdə rəsm əsərlərinin sərgisi keçirildiyini bildirib.

Qeyd edək ki, Ketevan Cavaxidze azərbaycanlı şagirdlərin də təhsil aldığı Tiflisdəki 64 nömrəli məktəbdə müəllim işləyir.

GAXA.ge