Gürcüstanda dövlət məktəbinin səkkiz müəllimində koronavirus aşkar edilib

Tiflisdəki 161 saylı dövlət məktəbinin 8 müəllimində koronavirus iinfeksiyası təsdiqlənib. Təhsil müəssisəsi qismən məsafədən təhsilə keçib. GAXA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Yekaterina Dgebuadze brifinqdə bildirib.

Nazir müavini virusun məktəb müəllimlərində məcburi profilaktik test nəticəsində aşkarlandığını da qeyd edib.

“Bu müəllimlərə profilaktik məcburi test zamanı virus diaqnozu qoyulub. Cavab vaxtında alındı, məktəb rəhbərliyi yerli səhiyyə mərkəzinə müraciət etdi, tövsiyələr aldı və bu tövsiyələr əsasında məktəbin bir hissəsi məsafədən təhsilə keçdi”, - deyə Dgebuadze açıqlayıb.

Məlumata görə, son 24 saat ərzində Gürcüstanda 133 yeni koronavirus hadisəsi aşkar olunub, 276 nəfər sağalıb və 12 dünyasını dəyişib.

GAXA.ge