Gürcüstanın Xarici işlər Naziri Türkiyəli həmkarı ilə görüşüb

Gürcüstan XİN David Zalkaliani Türkiyəyə səfər edib.  Hər iki həmkar səfər çərçivəsində Ankarada təkbətək görüşüblər. GAXA-nın məlumatına görə, D. Zalkaliani Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib. D.Zalkaliani tvitter hesabında səmimi qəbula görə dost və həmkarı M.Çavuşoğluya minnətdarlığını bildirib.

XİN başçısı görüşdə ikitərəfli əməkdaşlıq və ölkələr arasında dostluq və strateji tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.

GAXA.ge