901 Azərbaycan vətəndaşı Gürcüstan universitetlərində təhsil alır

Gürcüstanın universitetlərində 901 Azərbaycan vətəndaşı təhsil alır. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2020-2021-ci illər üçün hazırladığı hesabatda deyilir.

Sənədə əsasən, bunlardan 402 nəfəri dövlət universitetlərinin tələbəsidir, 499 nəfəri isə özəl universitetlərdə təhsil alır. 2019-2020-ci tədris ili ilə müqayisədə Gürcüstan universitetlərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 443 nəfər azalıb.

Gürcüstan vətəndaşları cari tədris ilində Azərbaycanda ali təhsil almırlar.

Gürcüstanın ali təhsil müəssisələrində 14 617 əcnəbi təhsil alır ki, bu da keçən ildəkindən 9,7% çoxdur.

Qeyd edək ki, Gürcüstanın ali təhsil müəssisələrində ölkə vətəndaşlarının sayı hər il artır və indiyədək ölkədə fəaliyyət göstərən müxtəlif universitetlərdə 3 mindən çox azərbaycanlı oğlan və qızlar təhsil alır.

GAXA.ge